Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » A.İsmiyev: “Şahdağ qış-yay turizm kompleksi ilin sonuna kimi istifadəyə veriləcək”
08.02.11 02:07

Azərbaycanın şimalında inşa olunan Şahdağ qış-yay turizm kompleksi ilin sonuna kimi istifadəyə veriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin Turizm İdarəsinin rəisi Aydın İsmiyev verib. O, qeyd edib ki, bu, iri turizm obyekti kimi nəinki ölkədə, o cümlədən beynəlxalq səviyyədə böyük yay-qış turizm obyekti olacaq. “Layihə üçün 2 mlrd. 400 mln. avro investisiya ayrılıb. Bunun 400 mln. Avrosunu Azərbaycan, yerdə qalanını isə özəl investorlar yatırıb. Kompleksin layihəsi “Alf”- “Svistaun” Avstriya-İsveçrə mərkəzləri tərəfindən hazırlanıb”,-deyə idarə rəisi vurğulayıb. Onun sözlərinə görə, dövlət həmçinin burada 350-400 yerlik otelin tikintisini də maliyyələşdirəcək. “Kompleks tam gücü ilə istismara verildikdən sonra orada eyni vaxtda 1000-ə qədər insan istirahət edə biləcək”,-deyə A.İsmiyev vurğulayıb. Qeyd edək ki, kompleksin tikintisinə 2009-cu ildə başlanılıb.
URL / WWW
http://kelam.az/article/a-2898.html