Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Polşa Avropa Diplomatiya Akademiyasının direktoru SAM-da olub
05.02.11 03:39

Azərbaycanda səfərdə olan Polşa Avropa Diplomatiya Akademiyasının direktoru Katarijna Pisarska Prezident yanıda Strateji Araşdırmalar Mərkəzinin (SAM) qonağı olub. SAM-ın mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, qurumun elmi heyəti ilə görüşdə xanım Pisarska rəhbərlik etdiyi Avropa Diplomatiya Akademiyasının fəaliyyəti, tədqiqat sahələri bərədə geniş məlumat verib. O qeyd edib ki, səfərində əsas məqsədlərindən biri Azərbaycanın “beyin mərkəzləri” ilə münasibətlərin yaradılması və əməkdaşlıq perspektivlərini müzakirə etməkdir. Polşa ilə Azərbaycan arasında ikitərəfli münasibətlərindən söhbət açan qonaq, rəsmi Varşavanın Azərbaycanı Avropanın ayrılmaz bir parçası olaraq gördüyünü bildirib. O, 2011-ci ilin iyul ayında Polşanın Avropa İttifaqına sədrliyi dövründə “Şərq tərəfdaşlığı” Proqramı çərçivəsində Cənubi Qafqaz regionu, xüsusilə də Azərbaycanla münasibətlərin inkişafını prioritet olacağını xüsusi olaraq vurğulayıb. Qonağa SAM-ın fəaliyyəti – nəşr edilən elmi dərgilər, yerli və beynəlxalq əhəmiyyətli tədbirlər və perspektivli layihələr haqqında məlumat verilib. Ona həmçinin ölkəmizin iqtisadi inkişafı, həyata keçirilən demokratik quruculuq prosesi, habelə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair dövlətimizin mövqeyi barədə ətraflı məlumat verilib.
URL / WWW
http://kelam.az/article/a-2894.html