Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Aydın Əliyev: “11 nəfərlik dəstə barədə başlanmış cinayət işinin istintaqı yekunlaşıb”
04.02.11 17:39

Dövlət Gömrük Komitəsi (DGK) 11 nəfərlik dəstə barədə başlanmış cinayət işinin istintaqını yekunlaşdırılaraq materialları məhkəməyə göndərib. KƏLAMİNFO xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında DGK sədri Aydın Əliyev bildirib. Onun sözlərinə görə, həmin dəstədən 4 nəfər DGK əməkdaşıdır. “Cinayətkar dəstə müxtəlif cianyət əməlləri ilə sənədlərin saxtalaşdırılması, korrupsiya və digər məqamlarla təqsirli bilinirlər. Dəstə barədə cinayət işinin istintaqı bir neçə orqan tərəfindən aparılır. Yaxın günlərdə bununla bağlı ictimaiyyətə təfərrüatlı məlumat veriləcək”,-deyə A.Əliyev bildirib. O, qeyd edib ki, DGK-nın Daxili Təhlükəsizlik İdarəsi tərəfindən vətəndaşların müraciətləri qəbul edilir, araşdırılaraq müvafiq tədbirlər həyata keçirilir.
URL / WWW
http://kelam.az/article/a-2892.html