Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Sevinc Fətəliyeva: “AŞPA-da Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyəti sülh prosesinə dəstək verəcək”
04.02.11 17:39

“Azərbaycan Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli üçün göstərilən bütün təşəbbüsləri dəyərləndirir. Bu mənada Avropa Şurası Parlament Assambleyasında Dağlıq Qarabağ üzrə Alt Komitə öz fəaliyyəti ilə münaqişənin həllinə dəstək verə bilər”. KƏLAMİNFO xəbər verir ki, ki, bu fikirləri yap.org.az saytına açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva deyib. S.Fətəliyeva bildirib ki, Ermənistan tərəfinin ciddi-cəhdlə bu qurumun bərpasına qarşı çıxması başadüşülən deyil. Onun sözlərinə görə, əgər ermənilər problemin sülh yolu ilə həllini istəyirsə, onda Alt Komitənin işində iştirak etməlidirlər. “Ermənistan ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparlan danışıqlar prosesində də qeyri-konstruktivlik nümayiş etdirir. Təbii ki, ermənilərin belə mövqeyi sülh prosesini çətinləşdirir. Yəqin ki, Ermənistan öz təcavüzkar siyasətinin ifşa olunması və bütövlükdə işğalçılıq mahiyyətinin Avropa məkanında ciddi qınaq obyektinə çevriləcəyindən çox narahatdır. Ermənistandan fərqli olaraq Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə hazırdır və həmişə bu mövqedədir. Hesab edirəm ki, AŞPA-da Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyəti sülh prosesinə təkan verəcək”,-deyə S.Fətəliyeva vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-2891.html