Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Bu gün Münhen təhlükəsizlik konfransı işinə başlayır
05.02.11 02:37

Bu gün ənənənəvi Münhen təhlükəsizlik konfransı işinə başlayır. KƏLAMİNFO xəbər verir ki, tədbirdə Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarov təmsil edir. Konfransın əsas müzakirə mövzuları Avropa təhlükəsizlik strategiyası, Rusiya və NATO arasında qarşılıqlı əməkdaşlıq, Misirdəki daxili siyasi vəziyyət olacaq. Konfrans Münhundə artıq 47-ci dəfədir keçirilir. Onun rəhbəri diplomat, Almaniyanın Böyük Britaniyadakı keçmiş səfiri Volfqanq İşingerdir. Bu il Almaniya kansleri Angela Merkel, ABŞ-ın dövlət katibi Hillari Klinton, BMT-nin baş katibi Pan Gi Mun, NATO-nun baş katibi Anders Foq Rasmussen, Əfqanıstan prezidenti Həmid Kərzay, eləcə də digər dövlət və beynəlxalq təşkilatların yüksək vəzifəli nümayəndələri Münhen konfransının qonağı olacaqlar. Münhen Konfransının əsası 1962-ci ildə alman naşiri Evald fon Klyast tərəfindən NATO-ya üzv ölkələrin “müdafiə nazirlikləri nümayəndələrinin iclası” kimi qoyulub.
URL / WWW
http://kelam.az/article/a-2889.html