Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » AŞ PA Monitorinq Komitəsinin həmməruzəçiləri Baş prokurorla görüşüblər
05.02.11 03:37

Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsinin həmməruzəçiləri Jozef Debono Qrex və Pedro Aqramuntu de Moron Baş prokuror Zakir Qaralovla görüşüblər. Baş Prokurorluqdan KƏLAMİNFO-ya verilən məlumata görə, görüşdə Azərbaycanın bu təşkilatla faydalı əməkdaşlığının əhəmiyyətini vurğulayan Z.Qaralov son illərdə ölkəmizin həyatında baş verən mütərəqqi dəyişikliklər və prokurorluq orqanlarında həyata keçirilən islahatlar barədə məlumat verib. O qeyd edib ki, prokurorluğun fəaliyyətinin müasirləşdirilməsi istiqamətində görülən ardıcıl və məqsədyönlü tədbirlər sayəsində müsbət nəticələr əldə edilib. Bildirilib ki, Azərbaycan prokurorluğu Avropa hüquq təcrübəsi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsini prioritet vəzifə kimi qəbul edib, yeni standartların tətbiqi sahəsində xeyli işlər görüb. Avropa Şurası ilə Azərbaycan arasında sıx əməkdaşlıqdan məmnunluğunu ifadə edən həmməruzəçilər son illərdə ölkəmizin siyasi və iqtisadi həyatında əldə olunan uğurları yüksək qiymətləndirib, həmçinin dövlətimizin Avropa Şurasına qəbul olunması zamanı üzərinə götürdüyü öhdəliklərin icrası vəziyyətindən razılıqlarını bildiriblər. Qeyd olunub ki, bütün məsələlər bərabərhüquqlu dialoq və səmimi əməkdaşlıq formatında həll edilməlidir. Ötən 10 ildə Azərbaycanın bu sahədə gördüyü işlər nikbinliyə əsas verir və bundan sonra da qarşılıqlı və faydalı əməkdaşlıq üçün böyük perspektivlər açır.
URL / WWW
http://kelam.az/article/a-2888.html