Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Aprelin 3-də Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçiriləcək
05.02.11 03:35

Qazaxıstan prezidenti Nursultan Nazarbayev növbədənkənar prezident seçkilərinin 2011-ci il aprelin 3-də keçirilməsi ilə bağlı xüsusi fərman imzalayıb. KƏLAMİNFO xəbər verir ki, Fərman bu gün ölkənin kütləvi informasiya vasitələrində dərc olunub və hüquqi qüvvəyə minib. Fərmanda Qazaxıstan Mərkəzi Seçki Komissiyasına seçkiləri təşkil etmək və keçirmək, hökumətə prosesin maliyyələşdirilməsini təmin etmək, yerli hakimiyyət orqanlarına isə seçici siyahılarını təşkil etmək tapşırılıb. Xatırladaq ki, Qazaxıstan parlamenti iki gün əvvəl ölkə Konstitusiyasına dəyişikliklərlə bağlı qanun layihəsini hər iki oxunuşda qəbul edib. Dəyişikliklərə əsasən dövlət başçısına növbədənkənar prezident seçkiləri təyin etmək hüququ verilir. Konstitusiya Şurası dövlət başçısının səlahiyyət müddətini 2020-ci ilədək artırmaq barədə qərarı ləğv etdikdən sonra prezident Nursultan Nazarbayev növbədənkənar prezident seçkiləri keçirmək təklif edib.
URL / WWW
http://kelam.az/article/a-2887.html