Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Dünya şöhrətli alim Lütfi Zadənin 90 yaşı tamam olur
04.02.11 03:40

Sabah dünya şöhrətli alim Lütfi Zadənin 90 yaşı tamam olur. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Bakıda alimin 90 illiyinə həsr olunmuş tədbir keçirməyi planlaşdırır. Bu barədə KƏLAMİNFO- ya Nazirlikdən məlumat verilib. Lütfi Zadə 1921-ci ilin 4 fevral tarixində Bakıda anadan olub. 1942-ci ildə Tehran universitetini elektrik mühəndisliyi ixtisasını bitirib. 1944-cü ildə böyük alim Amerika Birləşmiş Ştatlarına gəlir və təhsilini Massaçusets Texnologiya İnstitutunda davam etdirir. Kolumbiya Universitetinin aspiranturasına daxil olan Lütfi Zadə 1949-cu ildə dissertasiya müdafiəsindən sonra həmin təhsil müəssisəsinin mühəndislik bölməsində assistent kimi fəaliyyətini davam etdirir. 1959-cu ildən Berkli Universitetində professor, 1963-cü ildən isə "Elektrik mühəndisliyi və kompüter elmləri" kafedrasına rəhbərlik edir. L.Zadənin ən böyük nəzəriyyəsi qeyri-səlis məntiq nəzəriyyəsidir. Bu nəzəriyyə riyaziyyatın əsası olan ikili çoxluq anlayışına yeni ifadə verib: qeyri-səlis çoxluq.
URL / WWW
http://kelam.az/article/a-2884.html