Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Səhiyyə Nazirliyində yol verilmiş nöqsanlar müzakirə olunub
04.02.11 03:40

Səhiyyə Nazirliyində geniş kollegiya iclası keçirilib. Tibb müəssisələrinin baş həkimləri və Elmi Tədqiqat İnstitutlarının direktorlarının iştirakı ilə keçirilən iclas əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi məsələlərinə həsr olunub. Bu barədə məlumatı KƏLAMİNFO-ya nazirliyin mətbuat xidmətindən veriblər. İclasda nazir Oqtay Şirəliyev səhiyyə və tibb elmi sahəsində son illər ərzində görülən işlər, aparılan islahatlar haqda məlumat verib. O.Şirəliyev hazırda əhaliyə verilən dərman preparatlarının siyahısının genişləndirilməsinin nəzərdə tutulduğunu deyib. Ölkə səhiyyəsində qan xidmətinin təkmilləşdirilməsi və bu sahədə görülən işlər haqda da nazir tərəfindən məlumat verilib. Bildirilib ki, bu gün qan problemi də həll olunur. Hazırda mərkəzləşdirilmiş qaydada stasionar tibb müəssisələri lazım olan qan və qan komponentləri ilə tam təmin olunur və bu proses daha da sadələşdirilmiş qaydada həyata keçirilir. Görülən işlərin nəticəsi kimi, stasionarlarda çarpayıların işi də yaxşılaşdırılıb.Əvvəlki illərlə müqayisədə il ərzində çarpayı 80-85 gün işləyirdisə, 2010-cu ilin hesabatına görə bu göstərici 203-ə çatıb. Stasionarlara respublika üzrə 2010-cu ildə 560 minə yaxın xəstə müraciət edib. Öz çıxışında kadr potensialının yaxşılaşdırılması məsələsinə də toxunan nazir görülən işlərin uğurlu nəticəsi kimi, sertifikasiya prosesini xüsusi vurğulayıb. O, qeyd edib ki, bu proses artıq öz uğurlu nəticəsini göstərir. Kollegiya iclasının əsas səbəblərindən biri də artıq yaradılmış mövcud şəraitdə arada olan bir sıra problemləri də müzakirə etmək olub. O.Şirəliyev bildirib ki, nöqsanların aradan qaldırılması işindən danışarkən son vaxtlar gələn şikayətlərin əsasını əvvəllər olduğu kimi müalicə və müayinə işləri deyil, əksinə həkimlik peşəsinə xələl gətirə biləcək diqqətsizlik, qayğısızlıq bəzi hallarda hətta səhlənkarlıqdır. Xəstəxanaların kifayətləndirici həə dərman preparatları və sarğı materialları ilə təmin olunmasına baxmayaraq, bəzi tibb işçiləri tərəfindən xəstələrə, onların yaxınlarına hələ də dərman aldırmaq hallarına rast gəlinir. Bu barədə nazirliyə müraciətlər hələ də daxil olmaqdadır. Nazirliyin struktur bölmələrin rəhbərlərinə xəstəxanaların fəaliyyətinin ciddi nəzarətdə saxlanılması, mütəmadi reydlərin aparılması, aşkar edilmiş nöqsanların qısa müddətdə aradan qaldırılması üçün, konkret tədbirlərin görülməsi tapşırılıb. Nazir çıxışının sonunda vurğulayıb ki, sadalanan nöqsanların aradan qaldırılması üçün təkcə tibb müəssisəsinin rəhbərliyi deyil, vəzifəsindən asılı olmayaraq müəssisəsində çalışan hər bir kəs səy göstərməli, əlindən gələni əsirgəməməlidir.
URL / WWW
http://kelam.az/article/a-2883.html