Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » S.Müslümov: "2009-2015-ci sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq islahatlar davam etdiriləcək”
04.02.11 01:40

Ötən il ölkədə əhalinin pul gəlirləri keçən ilə nisbətən 12,3 %, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 9,1 %, əmək pensiyasının orta aylıq məbləği isə 12% artıb. KƏLAMİNFO xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bildirib O qeyd edib ki, 2010-cu ilin yekunlarına əsasən, yoxsulluğun səviyyəsi daha da aşağı düşərək 9,1 % təşkil edib. “Ölkədə həyata keçirilən islahatların tərkib hissəsi kimi sığorta-pensiya sisteminin təkmilləşdirilməsi və davamlı inkişafa nail olunması 2010-cu ildə Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətinin əsas istiqamətlərini təşkil edib. Ötən il Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 1764,7 mln. manat təşkil edib ki, bu da 2009-cu ilə nisbətən 163,3 mln. manat və ya 10,2 faiz çoxdur”,- deyə o vurğulayıb. O həmçinin 2010-cu ildə Dövlət Sosial Müdafiə Fondunun xərcləri 1764,1 mln. manat olduğunu nəzərə çatdırıb. S.Müslümov hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün fond tərəfindən 1704,8 mln. manat vəsait yönəldildiyini, bunun da əvvəlki ilə nisbətən 89,8 mln. manat və ya 5,6 faiz çox olduğunu söyləyib. O, həmçinin 2011-ci ilin planlarından da danışıb “Bu il "2009-2015-ci sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq islahat tədbirləri davam etdiriləcək. Bura sığorta-pensiya sisteminin perspektiv inkişafının aktual modelləşdirmə əsasında proqnozlaşdırılmasının təmin edilməsi, avtomatlaşdırılmış pensiya təyinatı sisteminə keçidin təmin olunması məqsədi ilə tədbirlərin həyata keçirilməsi, dövlət sosial sığorta sistemində sığortaolunanların fərdi məlumatlarının qorunması mexanizmlərinin gücləndirilməsi, fondun fəaliyyətinin avtomatlaşdırılması istiqamətində işlərin yerinə yetirilməsi və digər mühüm vəzifələr daxildir. 2011-ci ildə əmək pensiyalarının ödənişi xərclərinin proqnozu 1852,4 mln. manat nəzərdə tutulur”- deyə Fondun sədri bildirib.
URL / WWW
http://kelam.az/article/a-2882.html