Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “Bakıelektrikşəbəkə” ASC-nin 11 əməkdaşı tutduğu vəzifələrindən azad edilib
03.02.11 18:40

Prezident İlham Əliyevin tapşırığı əsasında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın yanvarın 27-də keçirilən iclasında verilmiş tapşırıqlardan irəli gələn vəzifələr “Bakıelektrikşəbəkə” ASC-də müzakirə edilib. ASC-nin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, “Bakıelektrikşəbəkə” ASC İdarə Heyətinin sədri Baba Rzayev abonentlərə göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi, enerji istehlakçılarının şikayətləri üzrə operativ tədbirlərin görülməsi məqsədi ilə iş planının hazırlandığını bildirib. O, ASC-də fasiləsiz fəaliyyət göstərən “Qaynar xətt”in təşkil edildiyini, mənfi hallarla bağlı olan şikayətlərə obyektiv baxılması və nöqsanlara yol vermiş hər bir əməkdaş barədə qanunauyğun ölçü götürülməsini xüsusi vurğulayıb. İclasda qeyd olunub ki, son bir ildə istehlakçıların şikayətləri əsasında əmək və xidmət intizamının pozulması hallarına yol vermiş 2 əməkdaş barəsində materiallar hüquq mühafizə orqanlarına göndərilib, 11 nəfər tutduğu vəzifələrindən azad edilib, 184 əməkdaş barəsində əmək qanunvericiliyində nəzərdə tutulan digər intizam tənbehi tədbirləri görülüb.
URL / WWW
http://kelam.az/article/a-2880.html