Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Məzahir Pənahov bələdiyyə seçkilərinin namizədlərin güclü rəqabəti şəraitində keçiriləcəyinə inanır
17.11.09 03:37

Qarşıdan gələn bələdiyyə seçkiləri namizədlərin güclü rəqabəti şəraitində keçiriləcək. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov söyləyib. Bələdiyyə seçkilərinin daha güclü rəqabət fonunda keçirilməsi üçün xeyli sayda namizədlərin qeydiyyatdan keçdiklərini diqqətə çatdıran M.Pənahov hazırda qeydiyyat prosesinin davam etdiyini vurğulayıb. Bu vaxta qədər 30 mindən çox vətəndaşın namizədliyinin rəsmi olaraq qeydiyyata alındığını söyləyən MSK sədri bildirib ki, proses davam edir və qeydiyyat mərhələsi noyabrın 23-də başa çatacaq. “Seçkilərin bələdiyyələrdəki 16 min yer uğrunda keçirildiyini nəzərə alsaq, seçkilərin güclü rəqabət şəraitində keçəcəyini söyləmək olar”,-deyən M. Pənahov seçki prosesinin geridə qalan mərhələsinin ciddi problemlər olmadan sakit keçdiyini qeyd edib. O, namizəd olmaq istəyən bütün vətəndaşlara lazımı şəraitin yaradıldığını vurğulayıb. M.Pənahov qanuna müvafiq olaraq siyasi partiya və bloklara təbliğat-təşviqat kampaniyası dövründə İctimai Televiziya və Radioda pulsuz efir vaxtı ayrılacağını da bildirib.
URL / WWW
http://kelam.az/article/a-288.html