Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Mübariz Əhmədoğlu: “İran Azərbaycana qarşı Livanda yürütdüyü siyasəti təkrarlamağa çalışır”
04.02.11 02:40

Bu gün Bakıda, Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu ötən ayın yekunları ilə bağlı mətbuat konfransı keçirib. KƏLAMİNFO xəbər verir ki, hesabatda M.Əhmədoğlu diqqəti ilk növbədə İranın son zamanlar regionda yeritdiyi siyasətə yönəldib. Politoloqun fikrincə, İran Azərbaycana qarşı Livanda yürütdüyü siyasəti təkrarlamağa çalışır. “Tehran Livanı son illər iranlaşdırmağa cəhd edir. Orada İranın bu siyasətinə ən yaxın dəstək verən Livan erməniləridir. Məhz bunun qarşılığında İran Ermənistanının enerji ilə təchizatını genişləndirir. Tehran eyni Livan siyasətini Azərbaycana qarşı işlətməklə vəziyyəti zərərsizləşdirmək istəyir, amma təəssüf ki, İran Azərbaycanı özünə düşmən bilməklə böyük səhv etmiş oldu. Çünki, Azərbaycan regionda ən əlverişli tərəfdaş idi”,-deyə politoloq vurğulayıb. M.Əhəmədoğlu deyib ki, hicab təzyiqindən çox dini ayinlər vasitəsilə İranın Azərbaycana təsirindən danışmaq daha düzgün olar. “Dini ayinlər ilə İranın təzyiqi Azərbaycanın siyasətinin nəticəsi deyil, İranın daxilindən doğan məsələdir”,-deyə ekspert əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-2879.html