Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Strasburqda xaricdə təhsil alan və məzun olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu keçiriləcək
03.02.11 18:40

Martın 11-12-də Fransanın Strasburq şəhərində xaricdə təhsil alan və məzun olmuş Azərbaycanlı Gənclərin (ASAIF) Beynəlxalq Forumu keçiriləcək ASAIF-dan KƏLAMİNFO-ya verilən məlumta görə, Forum 2 gün boyunca yeni fikirlər ətrafında müzakirələrə, Azərbaycanın və ona aid dəyərlərin dünyada təmsil və təbliğatı üçün fəaliyyət planının müəyyən olunmasına çalışacaq. Ayrıca bu məsuliyyətli yolda xaricdə təhsil alan və məzun olmuş Azərbaycanlı gənclərin bir arada cəmləşməsinə çalışacaq. Forumda çıxış etmək və fikirlərini paylaşmaq üçün dəvət edilən Azərbaycanlı və xarici spikerlər, mütəxəssislər və qonaqlar tədbirin önəmini bir daha artırmaqdadır. İki gün ərzində iştirakçılar gələcək şəbəkə cəmiyyətinin formalaşmasına, Azərbaycanımızın və milli dəyərlərimizin təbliğinə müsbət təsir göstərəcək.
URL / WWW
http://kelam.az/article/a-2878.html