Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Qiuli Alasaniya ADA-nın rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayevlə görüşüb
04.02.11 02:40

Azərbaycana səfəri çərçivəsində Gürcüstan Universitetinin rəhbəri Qiuli Alasaniya Azərbaycan Diplomatik Akademiyasının (ADA) rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayevlə görüşüb. ADA-dan KƏLAMİNFO-ya verilən məlumata görə, rektor xanım Q.Alasaniyaya Akademiyanın magistr və bakalavr proqramları, genişlənməkdə olan kitabxanası, ayrı-ayrı istiqamətlərdə aparılan elmi araşdırmaları barədə məlumat verib. Q. Alasaniya təmsil etdiyi universitetlə ADA-nın əməkdaşlığında maraqlı olduğunu bildirib. Daha sonra xanım Alasaniya ADA-nın tələbə-müəllim heyəti və digər qonaqlar üçün “Azərbaycan, Gürcüstan və Türkiyənin mədəni-tarixi əlaqələri” mövzusunda məruzə ilə çıxış edib, üç xalqın zəngin tarixi-mədəni əlaqələri haqqında danışıb. Qeyd edək ki, professor Q. Alasaniya Gürcüstan prezidenti Mixail Saakaşvilinin anasıdır.
URL / WWW
http://kelam.az/article/a-2877.html