Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Ərtoğrul Günay: “Türk-erməni abidəsinin sökülməsi səlahiyyəti nə bizdə, nə də Qars bələdiyyəsindədir”
04.02.11 03:37

Qars vilayətindəki. türk-erməni abidəsinin sökülməsi səlahiyyəti nə bizdə, nə də Qars bələdiyyəsindədir. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günay deyib. Onun sözlərinə görə, hələ ki komissiya öz qərarını verməyib, bizə isə yalnız qərarı gözləmək qalır. Qeyd edək ki, yanvarın 18-də Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan abidənin sökülməsini dair göstəriş verib. Qars Bələdiyyəsinin Məclisi türk-erməni dostluğunun simvolu sayılan abidənin sökülməsinə dair qərar qəbul edib. Bələdiyyə başçısı Nevzat Bozkuşun sədrliyi ilə keçirilən iclasda Cümhuriyyət Xalq Partiyasından olan 4 Məclis üzvü qərarın "əleyhinə", Ədalət və İnkişaf Partiyasının 11 və Milli Hərəkat Partiyasından olan 4 məclis üzvü "lehinə" səs verib.
URL / WWW
http://kelam.az/article/a-2876.html