Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Ali Məhkəmənin Aparat rəhbəri Dünya Bankının layihə rəhbəri ilə görüşüb
02.02.11 19:11

Dünya Bankının ədliyyə sisteminin müasirləşdirilməsi layihəsinin rəhbəri Klaus Deker Ali Məhkəmənin Aparat rəhbəri Əlirza Kərimovla görüşüb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Ali Məhkəmədən veriblər. Ə.Kərimov müasir informasiya texnologiyaları sahəsində Ali Məhkəmədə həyata keçirilən tədbirlər barədə məlumat verib, elektron kargüzarlıq və sənəd dövriyyəsi sisteminin məhkəmə aparatı işinin sürətləndirilməsində və məlumatların elektron vasitələrlə yayimlanmasının əhəmiyyətini xüsusi qeyd edib. Ali Məhkəmənin Aparat rəhbəri elektron kitabxana yaradılması sahəsində görülən işlərdən də danışıb. Ali Məhkəmənin informasiya texnologiyaları şöbəsinin müdiri Mehman İbrahim informasiya texnologiyalarının tətbiqi zamanı qarşıya çıxan problemlərdən və bu sahənin daha da təkmilləşdirilməsi zərurətindən söz açıb. Dünya Bankının ədliyyə sisteminin müasirləşdirilməsi layihəsinin rəhbəri Klaus Deker Ali Məhkəmədə yeni informasiya texnologiyalarının tətbiqindən razı qaldığını bildirib. O, vurğulayıb ki, layihə çərçivəsində məhkəmə sistemində müasir informasiya texnologiyalarının tətbiqi ilə bağlı sənədlərin və baxılacaq işlərin idarə olunmasında daha təkmil elektron sistemin yaradılmasını nəzərdə tutan yeni layihə hazırlanacaq. Görüşdə Ali Məhkəmə Aparatının rəhbəri Azərbaycanın məhkəmə sistemində müasir informasiya texnologiyalarının tətbiqinə xüsusi önəm verdiklərinə görə Dünya Bankının ədliyyə sisteminin müasirləşdirilməsi layihəsinin rəhbəri Klaus Dekerə minnətdarlığını bildirib.
URL / WWW
http://kelam.az/article/a-2875.html