Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri Ali Məhkəmədə olublar
02.02.11 19:11

Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Jozef Debono Qrex və Pedro Aqramunt Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşüblər. Bu barədə məlumatı KƏLAMİNFO-ya Ali Məhkəmədən veriblər. Görüşdə R.Rzayev Azərbaycanın məhkəmə sistemi, Ali Məhkəmənin strukturu və fəaliyyəti barədə məlumat verib. Bildirib ki, Azərbaycanda Avropa kontinental məhkəmə sistemi tətbiq olunur. Hər həftə Ali Məhkəmədə keçirilən seminarda beynəlxalq hüquqi aktlar, xüsusən də “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının presedent hüququ öyrənilir. Məhkəmə prosesində ən yeni informasiya texnologiyalarından istifadə olunur. Qeyd edib ki, ölkəmizdə hakim vəzifəsinə seçim prosedurları Avropa standartlarına uyğunlaşdırılıb. Monitorinq Komitəsinin həmməruzəçiləri səfərin məqsədi, Azərbaycanın Avropaya inteqrasiyası, məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı fikirlərini bölüşüblər. R.Rzayev həmməruzəçilərin suallarını cavablandırıb.
URL / WWW
http://kelam.az/article/a-2871.html