Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Azad Rəhimov: “Azərbaycanda 200-dən artıq gənclər təşkilatı qeydiyyata alınıb”
02.02.11 19:11

“Hazırda Azərbaycanda 200-dən artıq gənclər təşkilatı qeydiyyata alınıb. Onlar bu il Gənclər və İdman Nazirliyinin gənclər siyasəti ilə bağlı layihələrinə cəlb olunacaqlar”. KƏLAMİNFO xəbər verir ki, bunları jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov bildirib. O, qeyd edib ki, bu il gənclər siyasəti sahəsində yeni layihələrin reallaşdırılması nazirliyin prioritet tapşırıqlarından biridir. “Bundan əlavə, azərbaycanlı gənclərin beynəlxalq miqyaslı tədbirlərdə iştirakına da diqqət ayrılacaq. Bununla bağlı bizim xüsusi planlarımız var”,-deyə nazir vurğulayıb. Qeyd edək ki, bu gün Azərbaycanda Gənclər Günü qeyd olunur.
URL / WWW
http://kelam.az/article/a-2870.html