Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Musa Qasımlı: “Ərəb ölkələrində baş verən inqilabların Azərbaycanda təkrarlanması sıfırdan da aşağıdır”
02.02.11 19:11

“Misir və Tunisdəki hadisələr ilə Azərbaycan arasında müqayisə aparmaq istəyənlər əvvəlcə Tunisin və Misirin ictimai-siyasi vəziyyətinə, quruluşuna və idarəçiliyinə diqqət yetirməlidirlər”. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində millət vəkili Musa Qasımlı bildirib. Onun sözlərinə görə, bu ölkələr ilə Azərbaycan arasında vəziyyət tamamilə fərqlidir və oxşarlıq axtarmaq belə yersizdir. “Azərbaycanda hər hansı təlatümə zəmin belə yoxdur”,-deyə M.Qasımlı vurğulayıb. Ekspert qeyd edib ki, sosial-iqtisadi problemlər neçə on illərdir ki, Tunis və Misiri məngənədə boğurdu, orada hakimiyyət neçə illərdir islahatları sanki unutmuşdu. Ona görə də bu ölkələrdə baş verən inqilablar da başa düşüləndir. “Azərbaycanda isə bunun əksinə müstəqil olduğumuz 20 ildə dinamik islahatlar aparılıb. O zaman hansı inqilabdan danışmaq olar? Ona görə də birmənalı olaraq anlamaq lazımdır ki, ərəb ölkələrində baş verənlərin Azərbaycanda təkrarlanması sıfırdan da aşağıdır”,-deyə M.Qasımlı vurğulayıb. Onun sözlərinə görə, bəzi müxalifət partiyalarının bunu başa düşməyərək ərəb ölkələrindəki hadisələrin burada təkrarlanmasına kortəbii ümid etmələri əslində yeni hal deyil. “Vaxtı ilə Gürcüstanda və Ukraynada da inqilablar baş verəndə bizim radikal müxalif o inqilabların burada da təkrarlanacağını deyirdi, hətta müddət də qoyurdular. Amma, təbii olaraq heç nə baş vermədi, onların proqnozları özünü doğrultmadı. Hesab edirəm ki, indi də həmin partiyalar lüzumsuz illuziyalar ilə məşğuldurlar”,-deyə millət vəkili əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-2869.html