Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda elmi konfrans keçirilib
03.02.11 02:11

Bu gün AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda “Fəlsəfə və elmlərin qarşılıqlı əlaqaəsi” mövzusunda elmi konfrans keçirildi. KƏLAMİNFO xəbər verir ki, konfransda çıxış edən AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, professor İlham Məmmədzadə bildirdi ki, rəhbərlik etdiyi qurumda xarici ölkələrin tanınmış elm adamları ilə görüşlər ənənə halını alıb. İ.Məmmədzadə qeyd edib ki, belə konfranslar cəmiyyətdə fəlsəfənin simasını müasirləşdirir və bütün dünyada tanıdır. Fəlsəfənin ümumi problemləri ilə bağlı tədbir iştirakçılarına məlumat verən İ.Məmmədzadə 2009-cu ildə Azərbaycanda elminin inşkişafı ilə bağlı prezident tərəfindən Fərman imzaladığını xatırladıb. İ.Məmmədzadə qeyd edib ki, bu Fərmandan irəli gələn vəzifələrin yeninə yetirilməsinə səylə çalışırlar. “Çalışırıq ki, Azərbaycan fəlsəfəsini yeni, müasir üslubla inkişaf etdirək və elmimizlə bütün dünyanı tanış edək”,-deyə İ.Məmmədzadə əlavə edib. Azərbaycan fəlsəfəsi ilə bağlı bu vaxta qədər hər hansı məlumata malik olmadığını diqqətə çatdıran ABŞ-ın Duquesne Universitetinin professoru, fəlsəfə doktoru Tom Rokmon Azərbaycan alimləri ilə birgə bu sahədə birgə dialoqlar aparacığını söyləyib. “ABŞ-da fəlsəfə” mövzusunda məruzə ilə çıxış edən alim, məruzəsində ABŞ naturalizmi və digər sahələrlə bağlı iştirakçılara məlumat verib.
URL / WWW
http://kelam.az/article/a-2868.html