Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » M.Qonçar: “Rusiya Cənubi Qafqazda strateji tərəfdaş qismində Ermənistanı Azərbaycanla dəyişməyə hazır deyil”
03.02.11 02:11

“Bu il Rusiya Cənubi Qafqazda strateji tərəfdaş qismində Ermənistanı Azərbaycanla dəyişməyəcək, çünki buna hazır deyil”. KƏLAMİNFO rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukraynanın “Nomos” Enerji Proqramları Mərkəzinin direktoru Mixail Qonçar şərh verib. O, qeyd edib ki, istənilən halda Azərbaycan Dağlıq Qarabağ problemini hərbi yolla həll etməyə can atmamalıdır. “Ona görə ki, müharibənin nəticələrini əvvəlcədən proqnozlaşdırmaq olmaz. Beynəlxalq hüquq Azərbaycanın tərəfindədir, ölkənin ərazi bütövlüyünü tanıyır. Üstəlik, son 7 il ərzində Azərbaycan fasiləsiz olaraq hərbi potensialını gücləndirir. Dağlıq Qarabağ problemini həll etmək üçün Azərbaycan öz iqtisadiyyatını gücləndirməyə davam etməlidir. Qarabağ münaqişəsinin həllinin hazır reseptləri yoxdur. Məncə, Azərbaycan indi əsas diqqəti erməni işğalında olan 7 rayonun azad edilməsinə yönəltməlidir”,-deyə eskpert vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-2865.html