Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Azərbaycanda pensiyaların 99 faizinin ödənişi plastik kartlarla həyata keçirilir
02.02.11 19:11

Azərbaycanda kəndlərdə yaşayan əmək pensiyaçılarının 98 faizi, şəhərlərdə yaşayan pensiyaçıların isə 100 faizi üzrə pensiyalar plastik kartlarla ödənilir. Bu barədə məlumatı KƏLAMİNFO-ya DSMF-dən veriblər. Ümumilikdə hazırda Azərbaycanda pensiyaların 99 faizinin ödənişi plastik kartlarla həyata keçirilir. Bu məqsədlə 497, o cümlədən kənd və qəsəbələrdə 113 bankomatın istifadəsi təmin edilib. Ötən il kəndlərdə pensiyaları plastik kartla alanların sayı isə 10 363 nəfər artıb. Qeyd olunan göstəricilər üzrə Azərbaycan bütün dünyada ən şəffaf praktikaya malik ölkələrdən biri hesab olunur. DSMF tərəfindən əmək pensiyalarının mütərəqqi üsullarla ödənilməsi sisteminin daha da genişləndirilməsi, sistemin təkmilləşdirilməsi daim diqqət mərkəzində saxlanılır. Bu məsələ Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilən “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”nda mühüm vəzifələrdən biri kimi qarşıya qoyulub. Proqrama uyğun olaraq DSMF tərəfindən pensiyaların plastik kartlarla bankomatlar vasitəsilə ödənilməsi sisteminin daim təkmilləşdirilməsi davam etdirilir.
URL / WWW
http://kelam.az/article/a-2864.html