Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Bu gün Azərbaycanda Gənclər Günüdür
02.02.11 23:11

Bu gün Azərbaycanda Gənclər Gününü qeyd edilir. Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. Azərbaycanda Gənclər Günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başlayıb. 1997-ci ildə ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə Gənclər Gününün təsdiq olunub. 1996-ci ildə məhz fevralın 2-də ümummilli liderin təşəbbüsü ilə Azərbaycan Respublikası Gənclərinin I Forumu keçirilib. Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, bu ilin əvvəlinə ölkə əhalisinin 2,9 milyon nəfərini və ya 31.4 faizini 14-29 yaşında olan gənclər təşkil edir. Onların 50 faizi kişi, 50 faizi isə qadınlardır. Azərbaycanda doğulan körpələrin 82 faizi gənc ailələrdə dünyaya göz açıb. Son 5 ildə gənc analar tərəfindən doğulan uşaqların sayı təxminən 12 faiz artıb.
URL / WWW
http://kelam.az/article/a-2862.html