Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Millət vəkili: “Ölkədə Gənclər Fondu yaradılmalıdır”
01.02.11 19:22

Bu gün ölkəmizdə sosialyönümlü layihələrin həyata keçirilməsi prosesi gedir. Bu mənada gənclərə verilən ipoteka kreditlərini xüsusilə qeyd etmək lazımdır. Hesab edirəm ki, bu gün sosial ipoteka çox vacib bir şərtdir və bundan daha yaxşı bəhrələnmək üçün müəyyən təkmilləşmələr də aparılmalıdır. KƏLAMİNFO xəbər verir ki, bu barədə yap.org.az saytına Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri, Milli Məclisin deputatı Fuad Muradov bildirib. Onun sözlərinə əsasən, aparılan işlərdən başlıcası ölkəmizdə gənclərin təhsil alması ilə bağlı təkliflərdir: “Bizim təkliflərimiz sırasında gənc ailələrin sosial müdafiəsi məsələsi də dayanır. Bu istiqamətdə gənc millət vəkilləri arasında da müəyyən müzakirələr aparılıb və düşünürəm ki, gənc ailələrə dövlət tərəfindən müəyyən güzəştlərin edilməsi mümkündür”,-deyə millət vəkili vurğulayıb. O, həmçinin qanunvericilikdə Gənclər Fondunun yaradılması məsələsinə də toxunub. F. Muradov bildirib ki, bu yalnız təşkilatlanmış gənclərdən deyil, fərdi şəkildə gənclər üçün də vacib bir məsələdir. Onun sözlərinə görə, bu təkliflərin həyata keçirilməsi üçün dövlətin şərait yaratmağa bütün imkanı var: “ Biz məsələni də Milli Məclisə müzakirəyə çıxarmaq fikrindəyik. Bu Fonddan individual olaraq gənclər fərqli məsələlər üzrə də yararlana bilərlər”,- deyə o qeyd edib. Millət vəkili Gənclər Təşkilatının 15 il ərzində qarşısına qoyduğu məqsədlərə sürətlə addımladığını söyləyib.
URL / WWW
http://kelam.az/article/a-2857.html