Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » SAM-ın elmi işçiləri NİSA-nın qış sessiyasında məruzə ilə çıxış edəcəklər
01.02.11 19:22

Bakıda keçirilən Azərbaycan-NATO Beynəlxalq Məktəbinin (NİSA) qış sessiyası davam edir. Xarici İşlər Nazirliyi (XİN) və NATO-nun İctimai Diplomatiya Bölməsinin dəstəyi ilə keçirilən sessiya fevralın 6-dək davam edəcək. Sessiya çərçivəsində Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) elmi işçiləri Rəşad Kərimov və Zaur Şiriyev “Staksnet nümünəsində təhlükəsizliyə yeni hədələr” və “Gələcək onillikdə Avropanın təhlükəsizliyinin təminində Avropa İttifaqının və NATO-nun iş birliyi” mövzularında məruzələrlə çıxış edəcəklər. Bu barədə məlumatı KƏLAMİNFO-ya SAM-ın mətbuat xidmətindən veriblər. Qeyd edək ki, sessiyada XİN, NATO-ya üzv və tərəfdaş ölkələr, həmçinin alyansın müvafiq strukturları, NATO Müdafiə Kolleci, Avropa Diplomatiya Akademiyası, Avropa Təhlükəsizlik Məsələləri üzrə Marşal Mərkəzi, Metropolitan Universiteti, Gənclərin Atlantik Müqavilə Təşkilatı və NATO-nun müxtəlif ölkələrdəki daimi nümayəndəliklərdən ekspertlər məruzəçi qismində iştirak edirlər.
URL / WWW
http://kelam.az/article/a-2855.html