Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » A.Quliyev: "Milli Məclis İranın iki üzlü siyasətinə qarşı qəti münasibət bildirməlidir"
01.02.11 19:22

"Son günlər İran-Ermənistan arasında Azərbaycanın milli maraqlarını təhdid edəcək dərəcədə olan Saziş imzalanıb". KƏLAMİNFO xəbər verir ki, bunu millət vəkili Azay Quliyev Milli Məclisin bü gün keçirilən iclasında bildirib. O, qeyd edib ki, Saziş imzalanan zaman İranın neft naziri Məsud Mirkazimi böyük fəxrlə elan edib ki, artıq bu Sazişlə Ermənistanın enerji problemi həll olunub. "Bu Sazişlə Təbrizdən Ermənistana xüsusi neft kəməri istifadəyə verildi. Nəzərə alsaq ki, Təbriz Azərbaycanın yaralı yeridir. "Mən hesab edirəm ki, parlamentdə bununla bağlı qərar qəbul olunmalıdır. Mən bir deputat olaraq İranın iki üzlü siyasətinə etirazımı bildirirəm. Hesab edirəm ki, həmin siyasətin nəticəsidir ki, Ermənistan enerji təchizatını balanslaşdıraraq Dağlıq Qarabağın işğalını davam etdirir və Ermənistan prezidenti Serj Sarkisyan KİV-də sərt bəyanatlarla çıxış edir. Düşünürəm ki, Milli Məclis İranın bu iki üzlü siyasətinə qarşı qəti münasibət bildirməlidir",-deyə A.Quliyev vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-2853.html