Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Deputat: "ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərinin bəyanatları ciddi araşdırılmalıdır"
02.02.11 02:21

"ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərinin terror təşkilatı ilə bağlı yaydığı bəyanat ciddi araşdırılmalıdır". KƏLAMİNFO xəbər verir ki, bu barədə Milli Məclisin hakim Yeni Azərbaycan Partiyasından olan millət vəkili Mübariz Qurbanlı bildirib. O, qeyd edib ki, adıçəkilən səfirliklər bir neçə gün bundan öncə Azərbaycanda öz ölkələrinin vətəndaşlarına dair terror təhükəsinin olması ilə bağlı bəynat yayıblar. "Bu məsələ yerindəcə araşdırılmalıdır. Həmin səfirliklərə rəsmi sorğular göndərilməlidir ki, hansı əsaslarla belə bəynatlar yayıblar. Bu bəyanat nəinki həmin ölkələrin vətəndaşlarını, eyni zamanda Azərbaycan vətəndaşlarını da böyük həyacana salır. Azərbaycanda kifayət qədər ictimai-siyasi sabitlik hökm sürür",-deyə M.Qurbanlı vurğulayıb. Qeyd edək ki, ötən gün ABŞ-ın ölkəmizdəki səfirliyi Azərbaycanda Amerika vətəndaşlarını gözləyə biləcək terror faktı ilə bağlı məlumat yayıb.
URL / WWW
http://kelam.az/article/a-2850.html