Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Hacı Zeynalabdin qəsəbəsində yeni parkın açılışı olub
16.11.09 21:37

Bu gün Sumqayıt şəhər Hacı Zeynalabdin qəsəbəsinin Səməd Vurğun küçəsi istiqamətində, əvvəllər baxımsız olan ərazidə salınan yeni parkın açılışı olub. Bu barədə məlumatı KƏLAMİNFO-a Sumqayıt şəhər İcra Hakimiyyətindən veriblər. Açılış mərasimində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçı Vaqif Əliyev və şəhər ictimaiyyəti iştirak edib. Ərazinin yaşıllaşdırılması məqsədilə qazon salınıb, gül dibçəkləri, dekorativ kollar və müxtəlif növ ağaclar əkilib. Parkda xüsusi işıqlandırma sistemi və müasir tipli oturacaqlar quraşdırılıb. Qeyd edək ki, 2003-ci ildən etibarən Hacı Zeynalabdin qəsəbəsində əhali asudə vaxtlarının səmərəli keçirilməsi və mədəni istirahətin təşkili istiqamətində bir sıra əhəmiyyətli işlər görülüb. Qəsəbə ərazisindəki Heydər parkında, qəsəbə stadionunda əsaslı təmir işləri aparılaraq Dədə Qorqud abidəsi ucaldılıb.
URL / WWW
http://kelam.az/article/a-285.html