Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Misirdə milyonların yürüşündə nə baş verəcək?
02.02.11 02:17

Misir prezidenti Hüsnü Mübarək əleyhinə nümayişlər küçəyə çıxma qadağasına baxmayaraq davam edir. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, 400 min nəfərlik qələbəliyin toplandığı Təhrir meydanında nümayişlər davam etməkdədir. Müxalifət bu gün bir milyon nəfərin iştirakı ilə prezident iqamətgahına yürüş etməyi planlaşdırır. İskəndəriyyə şəhərində də böyük nümayiş planlaşdırılır. Misir ordusu isə bu gün keçiriləcək nümayişlərə müdaxilə etməyəcəyini açıqlayıb. Müxalif Müsəlman Qardaşları Hərəkatı ölkədə yeni hökuməti rədd edərək H.Mübarək rejimi devrilənədək nümayişlərin davam etdiriləcəyini bəyan edib. Dünyanın diqqəti də Misirn üzərindədir. Ağ Evin mətbuat sözçüsü xalq ilə hökumət arasında bir seçim etməyəcəklərini bildirib. Avropa Birliyi isə demokratik islahatlar prosesini başladacaq geniş tabanlı bir hökumətlə sərbəst və ədalətli seçkilərin yolunun açılması çağırışı edib.
URL / WWW
http://kelam.az/article/a-2849.html