Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Sabah Rəcəb Tayyib Ərdoğan Qırğızıstana səfər edəcək
01.02.11 02:59

Sabah Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan iki günlük rəsmi səfər proqramı ilə Qırğızıstana yola düşəcək. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, R.T.Ərdoğan Qırğızıstanda yeni hökumətin formalaşmasından sonra bu ölkəyə ilk yüksək səviyyəli rəsmi səfər həyata keçirəcək.Baş nazir Qırğızıstanda həmkarı Almazbek Atambayevlə görüşəcək, prezident Roza Otunbayeva və parlament sədri Almatbek Keldibekov ilə bir araya gələcək, Qırğızıstan parlamentində çıxış edəcək. Onun Türkiyə-Qırğızıstan Biznes Forumunda çıxışı da planlaşdırılır. R.T.Ərdoğan Manas Universitetində qırğız və türk tələbələrlə bir araya gələcək, Bişkek səfirliyinin yeni binasının rəsmi açılışını edəcək. R.T.Ərdoğanı səfərdə dövlət naziri Zəfər Çağlayan, müdafiə naziri Vəcdi Könül də daxil olmaqla geniş bir heyət müşayiət edəcək.
URL / WWW
http://kelam.az/article/a-2846.html