Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » ABŞ Dövlət Departamenti vətandaşlarına Azərbaycanda “terror” olması barədə xəbərdalıq edib
01.02.11 02:57

ABŞ Dövlət Departamenti vətəndaşlarına Azərbaycanda terrorla bağlı xəbardarlıq edib. KƏLAMİNFO xəbər verir ki, “The Washington Post”un yaydığı məlumata görə, “Xəzər dənizində neftlə zəngin olan keçmiş Sovet Respublikası Azərbaycan”da ABŞ vətəndaşlarına qarşı terror təhdidləri mövcuddur. Məhz bu “terrordan” narahatlıq keçirən ABŞ öz vətandaşlarına xəbərdarlıq edib. Xəbərdarlıqda bildirilir ki, Azərbaycanda Amerika maraqlarına qarşı potensial hücumlar ola bilər. Məlumatda Azərbaycandakı ABŞ vətəndaşlarına xüsusilə Qərblə assosiasiya olunan ictimai yerlərdə sayıq olmaları tövsiyə edilir. Qəzetin yazdığına əsasən, ABŞ-ın Azərbaycandakı səfiri də Amerikalılara Azərbaycanda hücum təhlükəsinin yüksək olduğunu bildirib. Xəbərdarlıq “terror təhlükəsi barədə informasiyaya” əsaslanır. Amma məlumatda təhlükənin mahiyyəti və bunun arxasında kimin dura biləcəyi barədə məlumat verilmir. ABŞ səfirliyinin mətbuat katibi Kit Bin isə ABŞ vətəndaşlarına müvafiq xəbərdarlıq olduğunu bildirib.
URL / WWW
http://kelam.az/article/a-2845.html