Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » TQDK miqrasiya orqanlarına qulluğa qəbulla bağlı keçirdiyi test imtahanının nəticələrini açıqladı
01.02.11 02:57

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) yanvarın 30-da miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlər üçün keçirdiyi test imtahanının nəticələrini açıqlayıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. İmtahanda iştirak etmək istəyən 285 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 271 nəfəri imtahanda iştirak edib, 14 nəfər imatahana gəlməyib. İmtahanın nəticələri artıq TQDK-nın internet saytında yerləşdirilib. Test imtahanının nəticələrinə əsasən 18 nəfər müsabiqə şərtini ödəyərək (70 və daha artıq bal toplayaraq) müsabiqənin növbəti mərhələsində iştirak hüququ qazanıb. Hər bir namizədə sənədlərini təqdim etdiyi Sənəd Qəbulu Komissiyasındada imtahan nəticələrinə dair arayış təqdim olunacaq.
URL / WWW
http://kelam.az/article/a-2843.html