Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » MTN ABŞ Dövlət Departamentinin Azərbaycanda terror təhlükəsi ilə bağlı yaydığı məlumata münasibət bildirib
31.01.11 19:57

Milli Təhlükəsizlik Nazirliyi (MTN) İctimai əlaqələr mərkəzinin rəhbəri Arif Babayev ABŞ Dövlət Departamentinin Azərbaycanda terror təhlükəsi ehtimalı ilə bağlı yaydığı məlumata münasibət bildirib. A.Babayev KƏLAMİNFO-ya açıqlamasında qeyd edib ki, Azərbaycanın milli təhlükəsizliyinə, maraq və mənafeyinə mümkün təhdidlərin qarşısının alınması üzrə zəruri qabaqlayıcı tədbirlər həyata keçirilir. “Bu proses ölkəmizin aidiyyəti orqanları, o cümlədən Milli Təhlükəsizlik Nazirliyi tərəfindən əməliyyat şəraitinə nəzarət olunur”,-deyə A.Babayev məsələyə münasibət bildirib. Qeyd edək ki, ABŞ Dövlət Departamenti vətəndaşlarına Azərbaycanda terrorla bağlı xəbardarlıq edib. “The Washington Post” qəzeti yayıb ki, Xəzər dənizində neftlə zəngin olan keçmiş Sovet Respublikası Azərbaycanda ABŞ vətəndaşlarına qarşı terror təhdidləri mövcuddur. Məhz bu “terrordan” narahatlıq keçirən ABŞ öz vətandaşlarına xəbərdarlıq edib. Xəbərdarlıqda bildirilib ki, Azərbaycanda Amerika maraqlarına qarşı potensial hücumlar ola bilər.
URL / WWW
http://kelam.az/article/a-2842.html