Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Heydər Əliyev Fondunun dəstəyi ilə II Azərbaycan-Alman Cərrahiyyə Günləri başlayıb
01.02.11 01:55

Bu gün Heydər Əliyev Fondunun dəstəyi ilə Səhiyyə Nazirliyinin M.topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində II Azərbaycan-Alman Cərrahiyyə Günləri başlayıb. Heydər Əliyev Fondundan KƏLAMİNFO-ya verilən məlumata görə, fevralın 4-dək davam edəcək tədbirdə Almaniyanın Heydelberq Universitetinin Mannheym Cərrahiyyə Klinikasının rəhbəri və Almaniya Cərrahlar Cəmiyyətinin sədri, professor Stefan Postun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir. Tədbirdə respublikamızın müxtəlif klinikalarında çalışan 200-dək cərrah, endoskopist və əməliyyat tibb bacıları üçün məruzələrin, treninqlərin və birbaşa translyasiya ilə nümunəvi əməliyyatların keçirilməsi nəzərdə tutulub. Bu treninqlər regionda ilk dəfə olaraq xüsusi müasir treninq modelləri əsasında aparılacaq. Bundan başqa, 50-dək xəstənin alman professorları tərəfindən təmənnasız müayinə və məsləhəti, cərrahi və endoskopik müalicəsi də nəzərdə tutulub. Tədbirin sonunda alman tərəfi ilə gələcəkdə Heydər Əliyev Fonduna müraciət edəcək xəstələrin davamlı olaraq, Almaniyanın aparıcı universitet klinikalarının mütəxəssisləri tərəfindən teletəbabət vasitəsilə təmənnasız konsultasiya edilməsi və bir sıra birgə layihələr müzakirə ediləcək.
URL / WWW
http://kelam.az/article/a-2841.html