Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » “AutoShow” 7-ci Azərbaycan Beynəlxalq Avtomobil Sərgisi keçiriləcək
01.02.11 02:55

Cari il martın 16-da Azərbaycanda “AutoShow” 7-ci Azərbaycan Beynəlxalq Avtomobil Sərgisi keçiriləcək. “Iteca Caspian LLC”nin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, Xəzəryanı regionun ən böyük avtomobil sərgisi ilk dəfə olaraq “Bakı Ekspo” sərgi kompleksində keçiriləcək və onun həm daxili, həm də xarici meydançalarında təşkil olunacaq. “Iteca Caspian LLC” və onun tərəfdaşı Böyük Britaniyanın “ITE Group PLC” şirkətləri sərginin təşkilatçıları qismində çıxış edirlər. Artıq 5 ildir ki, sərgiyə Ümumdünya Sərgi Sənayesi Assosiasiyası (“UFI”) tərəfindən verilmiş keyfiyyət nişanı onun beynəlxalq statusunu bir daha təsdiq edir. Bu il sərgi öz adi təşkilat formatını dəyişəcək. Belə ki, “AutoShow” sərgisinin birinci iş günü mətbuat nümayəndələri və sərgiyə dəvət edilmiş “VİP” qonaqlar üçün eksklüziv ziyarət proqramı ilə başlayacaq. Qeyd edək ki, sərgi kompleksinin ərazisində KİV nümayəndələri üçün brifinq keçiriləcək.
URL / WWW
http://kelam.az/article/a-2837.html