Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident İlham Əliyev: “Son 15 il ərzində Azərbaycana 95 mlrd. ABŞ dolları məbləğində sərmayə yatırılıb”
29.01.11 03:01

Son 15 il ərzində Azərbaycana 95 mlrd. ABŞ dolları məbləğində sərmayə yatırılıb. KƏLAMİNFO xəbər verir ki, bunu prezident İlham Əliyev Davosda 41-ci Dünya İqtisadi Forumu çərçivəsində Avstriya-İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) birgə nahar mərasimində çıxış edərkən bildirib. “Bu sərmayələrin demək olar ki, yarısı xarici sərmayələrdir. Biz sərmayələrin qorunması üçün güclü hüquqi baza yaratmışıq və bütün əsas enerji müqavilələrimiz parlament tərəfindən təsdiq olunur və qanun qüvvəsini almaq məqsədi ilə Prezident tərəfindən imzalanır. Bu o deməkdir ki, hətta biz istəsək belə həmin müqavilələrin şərtlərini dəyişdirmək hüququmuz yoxdur. Bu isə ən vacib amildir. Çünki sərmayədar, xüsusən də regionumuzdakı xarici investorlar 100 faiz əmin olmalıdırlar ki, sərmayələr qorunacaq və heç kim artıq imzalanmış müqavilələrdəki şərtləri dəyişdirməyə çalışmayacaq”,-deyə prezident vurğulayıb.
Dövlət başçısı qeyd edib ki, Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,2 trilyon kubmetrdir və bu həcm İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı sədrinin qeyd etdiyi kimi, bizim üçün 100 ildən artıq müddətə kifayətdir. Prezident İlham Əliyev bildirib ki, son yeddi il ərzində Azərbaycanda ÜDM 2,8 dəfə artıb. “Bu, təqribən 300 faiz təşkil edir. 2009-cu ildə böhranın baş verdiyi və neftin qiymətlərinin 4 dəfə aşağı düşdüyü halda iqtisadiyyatımız 9,3 faiz, ötən il isə 5 faiz artıb. Hazırda artım əvvəlki illərdəki kimi o qədər böyük deyil, lakin davamlıdır. ÜDM-in strukturu çoxşaxəlidir və daha cəlbedicidir. Yeddi il bundan əvvəl mövcud olmuş 49 faizlik yoxsulluğun 9 faizə qədər endirilib. Bu rəqəm gələn illər ərzində daha da aşağı olacaq”,-deyə dövlət başçısı əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-2834.html