Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Elmar Məmmədyarov Avstriyanın Sənaye İttifaqının prezidenti Fayt Zorgeri qəbul edib
28.01.11 19:01

Xarici işlər naziri Elmar Məmmədyarov Avstriyanın Sənaye İttifaqının prezidenti Fayt Zorgeri qəbul edib. XİN-nin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, Azərbaycanda olduğundan məmnunluq duyduğunu qeyd edən qonaq onu qəbul etdiyi üçün nazir E. Məmmədyarova dərin təşəkkürünü bildirib. Fayt Zorger ölkəmizdə gedən dinamik inkişafın şahidi olduğunu, habelə ölkə böyük iqtisadi potensialın mövcudluğunu qeyd edib. Bunları nəzərə alaraq qarşılıqlı sərmayə qoyuluşlarını həyata keçirməyin mühümlüyünu vurğulayıb.
E.Məmmədyarov inkişaf edən ölkəmizdə həyata keçiriləcək bütün irimiqyaslı layihələrin dövlət tərəfindən dəstəkləndiyini, həmçinin ölkələrimizin Aİ və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq etməsinin vacibliyini avstriyalı qonağın diqqətinə çatdırıb.
Görüşdə həmçinin qarşılıqlı maraq kəsb edən digər məsələlər də müzakirə olunub.
URL / WWW
http://kelam.az/article/a-2833.html