Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Metyu Brayzanın ABŞ-ın Azərbaycandakı səfiri postuna namizədliyi təsdiqlənmək üçün yenidən Senata göndərilib
29.01.11 02:01

Metyu Brayzanın ABŞ-ın Azərbaycandakı səfiri postuna namizədliyi təsdiqlənmək üçün yenidən Senata göndərilib. KƏLAMİNFO xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
ABŞ Konstitusiyasına görə, prezidentin müxtəlif postlara irəli sürdüyü namizədlər Senat tərəfindən təsdiq olunmalıdır. Lakin Konqres sessiyalararası fasilədə tətildə olarkən prezident təkbaşına kadr təyinatları həyata keçirə bilər. Prezidentin bu qərarı namizədlərin Senatın təsdiqini gözləmədən vəzifələrinin icrasına başlamasına imkan verir. Lakin 1 il müddətində Senat bu namizədliyi təsdiqləməlidir. Əks halda 1 ildən sonra prezidentin təyinatı qüvvədən düşmüş sayılır.
Qeyd edək ki, M. Brayza ABŞ-ın Azərbaycandakı səfiri kimi artıq yanvarın 27-də Dövlət Departamentində and içib.
URL / WWW
http://kelam.az/article/a-2832.html