Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Bakıda “Təhsildə İKT-nin tətbiqi-bilik, təcrübə, texnologiya” adlı baxış-sərgi keçirilib
29.01.11 02:01

Bu gün Əl Oyunları İdman Sarayında “Təhsildə İK-nin tətbiqi-bilik, təcrübə, texnologiya” adlı baxış-sərgi keçirilib. KƏLAMİNFO xəbər verir ki, sərgi Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə reallaşıb.
Sərgidə çıxış edən BŞTİ-nin rəhbəri Nailə Rzaquliyeva sərginin məqsədindən bəhs edib və əlavə edib. Bildirib ki, tədbirin əsas hissəsi paytaxt məktəblərinin müəllim və şagirdlərinin İKT sahəsindəki nailiyyətilərinin nümayişinə həsr edilib. N.Rzaquliyeva xatırladıb ki, sərgidə hansı nailiyyətlərin nümayiş olunması üçün müsabiqə təşkil edilib. Müsabiqəyə 403 müəllim və 64 şagird tərəfindən 567 layihə təqdim olunub. Onun sözlərinə görə, bu sərgidə nümayiş olunan işlər 15 bölmə üzrə təqdim olunub. “Bunlar “distan təhsil”, “müasir interaktiv sinif”, “Elektron məktəb”, “video-texnologiya təhsildə”, “1 şagird-1 kompyuter”, “Sehirli göz”, “Veb-texnologiya”, “İKT şagidlərin gözü ilə” və digər bölmələrindən ibarətdir”,-deyən N.Rzaquliyeva Bakı şəhərində İKT-nin tətbiqi ilə bağlı aparılan işlər və digər məsələlərdən bəhs edib. “Məktəblərin 2005-2008-ci il informasiya-kommunikasiya texnologiyaları ilə təminatına dair” Dövlət Proqramı uğurla başa çatdırılıb. Bu proqram əsasında paytaxt məktəblərinə ümumilikdə 9550 komputer verilib və V-XI siniflərdə hər 22 şagirdə bir komputer nisbəti təmin edilib”,-deyə N.Rzaquliyeva vurğulayıb. O qeyd edib ki, məktəblərin geniş zolaqlı internet şəbəkəsinə qoşulması istiqamətində də işlər davam etdirilib. Hazırda təhsil idarəsinin tabeliyində olan məktəblərin 264-ü bu şəbəkəyə, bütün məktəblər isə lokal şəbəkəyə qoşulub.
Təhsil naziri Misir Mərdanov son 20 il ərzində Azərbaycanda təhsil sahəsində ciddi islahatlar aparıldığını və uğurlar əldə edildiyini xatırladıb. Nazir bildirib ki, bu illər ərzində ölkədə 2000-dən artıq yeni məktəb tikilib, bütün ali təhsil müəssisələri əsaslı təmir olunub, milli təhsil sisteminin əsası qoyulub, milli dərsliklər hazırlanıb, hüquqi-normativ baza yaradılıb.
Ombudsman E.Süleymanova, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev və digər natiqlər sərginin əhəmiyyətindən, təhsil sahəsində aparılan islahatlardan bəhs ediblər.
URL / WWW
http://kelam.az/article/a-2831.html