Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyinin yubileyi ilə əlaqədar sərgi keçirilib
29.01.11 02:01

Bu gün M.F.Axundov adına Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyinin yubileyi ilə əlaqədar 2006-2010-cu illərdə işıq üzü görmüş nəşr məhsullarından ibarət kitab sərgisi keçirilib. KƏLAMİNFO xəbər verir ki, sərgidə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, nazirliyin kollektivi və digər görkəmli mədəniyyət xadimləri iştirak ediblər.
Sərgi zamanı 3 dildə nəşr olunan “Mədəniyyət” kataloqunun 4-cü sayı və “Bizim nəşrlər” kataloqunun təqdimat mərasimi keçirilib. Sərgidə təqdim olunan kitabların əksəriyyəti mədəniyyət, incəsənət, ədəbiyyat, kulturologiya, mədəni irsin qorunması və turizm sahələrini əhatə edir.
Qeyd edək ki, bu gün Mədəniyyət və Turizm Nazirliyinin 5 yaşı tamam olur.
URL / WWW
http://kelam.az/article/a-2829.html