Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Ombudsman: “Mətbuat ombudsmanının fomalaşdırılması ilə bağlı böyük iş aparılmalıdır”
29.01.11 02:00

Təkcə jurnalistlər deyil, ümumiyyətlə hər bir vətəndaşın haqqı var ki, istənilən dövlət qurumundan məlumat alsın. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında ombudsman Elmira Süleymanova söyləyib.
Mətbuat ombudsmanının fomalaşdırılması istiqamətində hansı ilkin prosesin aparıldığına münasibət bildirən E.Süleymanova qeyd edib ki, sözügedən məsələ ilə bağlı böyük iş aparılmalıdır. “Çünki bizim altı ay vaxtımız var. İlk səsvermədən altı ay sonra “İnsan hüquqları üzrə müvəkkil haqqında” Konstitusiya Qanununa gərək ikinci dəfə səs verilsin ki, mətbuat ombudsmanı məsələsi qüvvəyə minsin. Mən bu altı ayı istəyirəm ki, səmərəli istifadə edim. Artıq jurnalistlərlə də görüşümüz olub. Ümumiyyətlə, nəinki informasiya alanlarla, eləcə də informasiya daşıyıcıları, informasiya sahibi olanlarla da işləmək lazımdır ki, onlar da bu qanuna riayət edərək hər hansı istənilən suala cavab verməyə hazır olsunlar”,-deyə E.Süleymanova əlavə edib.
Xatırladaq ki, ötən ilin sonunda “İnsan hüquqları üzrə müvəkkil haqqında” Konstitusiya Qanununa əlavə və dəyişikliklər edilib. Nəticədə iinformasiya ombudsmanın səlahiyyətləri ombudsman E.Süleymanovaya verilib.
URL / WWW
http://kelam.az/article/a-2826.html