Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Müdafiə sənayesi naziri Y.Camalovun rəhbərlik etdiyi nümayəndə heyəti Çexiyada rəsmi səfərdə olub
27.01.11 17:32

Müdafiə sənayesi naziri Yavər Camalovun rəhbərlik etdiyi nümayəndə heyəti Çexiya Respublikasının Sənaye və Ticarət Nazirliyinin dəvəti ilə bu ölkədə rəsmi səfərdə olub. Bu barədə məlumatı KƏLAMİNFO-ya Müdafiə Sənayesi Nazirliyindən veriblər. Səfər çərçivəsində nazir Y.Camalov Çexiyanın müdafiə naziri Aleksandr Vondra, sənaye və ticarət nazirinin müavini Milan Hovorka, xarici işlər nazirinin müavini Tomaş Dub və bu ölkənin hərbi sənaye kompleksinə daxil olan şirkət və müəssisələrin rəhbərləri ilə görüşüb. Görüşlərdə Azərbaycanla Cexiya arasında müdafiə sənayesi üzrə əməkdaşlığın perspektivlərinə dair geniş fikir mübadilələri aparılıb və bu sahədə ümumi razılıq əldə olunub. Nümayəndə heyəti Cexiyanın hərbi sənaye kompleksinə daxil olan şirkət və müəssisələrlə yaxından tanış olublar.
URL / WWW
http://kelam.az/article/a-2821.html