Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Serj Sarkisyan: “İran dünyada ünsiyyət saxladığımız iki ölkədən biridir”
27.01.11 17:29

İran Ermənistan üçün çox əhəmiyyətli ölkədir. KƏLAMİNFO xəbər verir ki, bu sözləri “Exo Moskvı” radiostansiyasına müsahibəsində Ermənistan prezidenti Serj Sarkisyan deyib. O, bildirib ki, İran dünyada ünsiyyət saxladığımız iki ölkədən biridir. İranın problemləri olanda sanki Ermənistanın nəfəs aldığı borunu darlaşdırırlar. Ermənistan prezidenti qeyd edib ki, İranla əlaqəmizi bütün partyorlarız, o cümlədən ABŞ və Rusiya da yaxşı bilir. “İranda ən böyük erməni diasporası yaşayır, onlar İran vətəndaşları olsalar da, Ermənistan onlar üçün məsuliyyət daşıyır”,-deyə S.Sarkisyan qeyd edib. S. Sarkisyan vurğulayıb ki, İranla yaxşı iqtisadi münasibətlərimiz var və biz bunu böyük layihələri həyata keçirməklə genişləndirməyə çalışırıq. ”Ermənistan üçün İranla münasibət Qarabağ mövzusunda da əhəmiyyət daşıyır. Bizim üçün təkcə İran deyil, digər islam ölkələri ilə əlaqə çox önəmlidir. Bizdə dini münaqişə yoxdu, vətəndaşlarımız özlərini ərəb ölkələrində çox rahat hiss edirlər”, -deyə S. Sarkisyan əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-2815.html