Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Serj Sarkisyan: "Azərbaycan istənilən sayda hərbi sursat almaq iqtidarındadır”
28.01.11 03:29

Dağlıq Qarabağ münaqişəsi nəticəsində yaranmış humanitar problemlərin çözümü yalnız konflikt siyasi həllini tapdıqdan sonra mümkündür. KƏLAMİNFO xəbər verir ki, bu barədə Ermənistan prezidenti Serj Sarkisyan bildirib. Onun sözlərinə görə, indiki zamanda humanitar məsələlərin həllində mühüm nəticələr gözləmək olduqca çətindir. "Mən uzunmüddətli sülh barədə danışanda insanların psixoloji hallarını da nəzərə alıram. Azərbaycanda elə bir antierməni ab-hava yaranıb ki, hətta “bütün ermənilərə ölüm” ifadəsi onlarda terminə çevrilib",- deyə S.Sarkisyan vurğulayıb. Humanitar məsələlərə gəlincə isə erməni prezident bildirib ki, bunu 1995-ci ildə həll etsəydik, daha düzgün olardı və 1994- cü ildəki dərdimizi unutmaq üçün daha əlverişli addım sayılardı. “Lakin təəssüf ki, Azərbaycan rəhbərliyi başqa yolu seçdi. Onlar bunu fasilə kimi qəbul edib neftin daha çox fontan vurmasını gözlədi”,-deyə S.Sarkisyan bəyan edib. O həmçinin bugün Azərbaycanın vəsaiti çox olduğunu, hərbi məsələni həll etmək üçün istənilən sayda hərbi sursat almaq iqtidarında ola biləcəyini də təsdiqləyib.
URL / WWW
http://kelam.az/article/a-2814.html