Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » SKMF Lənkəranda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır
26.01.11 17:32

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Lənkəran rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır. Bu barədə məlumatı KƏLAMİNFO-ya İİN-dən veriblər. Qeyd edək ki, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2011-ci il yanvarın 21-də Lənkəran rayonunda “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirib. Tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədi ilə müzakirələr aparılıb, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Lənkəran rayonu üzrə sahibkarlıq subyektlərindən müasir tələblərə cavab verən ətlik istiqamətli quşçuluq təsərrüfatının yaradılması və ya yeni texnologiyaların tətbiqi ilə yenidən qurulması, habelə intensiv (sitrus və subtropik meyvəçilik) bağçılıq təsərrüfatının yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.
Xatırladaq ki, “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”na uyğun olaraq, bu gündən etibarən sahibkarlıq subyektləri müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.
URL / WWW
http://kelam.az/article/a-2813.html