Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Mədəniyyət və Turizm Nazirliyi Bakıda Gürcüstan görkəmli rəssamı Mamuka Tsetskhladzenin fərdi sərgisini təşkil edəcək
27.01.11 03:32

Yanvarın 29-dan etibarən Mədəniyyət və Turizm Nazirliyi Bakıda, Dövlət İncəsənət Muzeyində Gürcüstan təsviri sənətinin görkəmli nümayəndəsi, rəssam Mamuka Tsetskhladzenin “Şəhərlər” adlı fərdi sərgisini təşkil edəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya nazirliyin mətbuat xidmətindən veriblər.
Azərbaycan tamaşaçısı Mamuka Tsetskhladzenin yaradıcılığı ilə 90-cı illərin ortalarından tanışdır. O, dəfələrlə Bakıda keçirilən Gürcüstan təsviri sənəti sərgilərinin iştirakçısı olub. Gürcüstan torpağında anadan olub, Azərbaycan, Almaniya, Fransa, Rusiya, Macarıstan, Estoniya və digər ölkələrdə yaşayan və  yaradıcılığını bu ölkələrdə davam etdirən rəssam bir çox beynəlxalq sərgilərdə iştirak edib. Onun məharətlə yaratdığı əsərlər içərsində müxtəlif şəhərlərin təsviri üstünlük təşkil edir. Rəssamın “Konstantinopol”, “Paris”, “Venesiya” və s. məşhur tabloları arasında “Köhnə Bakı” əsəri də xüsusi yer tutur. Mamuka Tsetskhladze yaradıcılığa başladığı ilk gündən öz dəsti – xətti olan sənətkar kimi formalaşıb. Güclü və fərdi yaradıcılıq üslubuna malik olan rəssamın məharətlə yaratdığı əsərlər öz orjinallığı, ifadə yeniliyi ilə diqqəti cəlb edir. Rəssamın Bakıda - Azərbaycan Dövlət İncəsənət Muzeyində keçirilən ilk fərdi yaradıcılıq sərgisində 50-dən artıq rəngkarlıq və qrafika nümunələri tamaşaçılara təqdim olunur. Sərgi Gürcüstanın Mədəniyyət, Abidələrin Mühafizəsi və İdman Nazirliyi, SOCAR Gürcüstan, ICOM Gürcüstan (Beynəlxalq muzeylər komitəsi) təşkilatlarının dəstəyi ilə keçirilir.
URL / WWW
http://kelam.az/article/a-2811.html