Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Xarici İşlər Nazirliyi xəbərdarlıq edir
26.01.11 17:32

Xarici İşlər Nazirliyi Azərbaycan vətəndaşlarına Tunisdə baş verən son hadisələrlə bağlı xəbərdarlıq edir. XİN-nin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, yanvar ayının ortalarından başlayaraq Tunisdə hökumət əleyhinə kütləvi nümayişlər və iğtişaşlar başlayıb. Kütləvi iğtişaşlar nəticəsində çoxlu sayda insan həlak olmuş və yaralanıb. Tunis hökuməti 14 yanvar 2011-ci il tarixdən bütün ölkə ərazisində fövqəladə vəziyyət elan edib. Belə ki, saat 18:00-dan 05:00-dək ölkədə küçəyə çıxmağa məhdudiyyətlər qoyulub.
Bunları nəzərə alaraq Tunisə səfər etmək istəyən Azərbaycan vətəndaşlarına yuxarıda qeyd edilən məsələləri nəzərə almaları və ehtiyatlı olmaları, vacib olmadıqda səfərlərini təxirə salmaları tövsiyə olunur. Tunisdə daimi, müvəqqəti yaşayan və olan Azərbaycan vətəndaşlarının ölkədə elan olunmuş mövcud qaydalara əməl etmələri və iğtişaşlara qarışmamaları və yaranmış hər hansı problemlə əlaqədar onlara yardım göstərilməsi üçün Azərbaycanın Mərakeş Krallığındakı səfirliyinə və səfirliyin Tunisdəki ofisinə müraciət etmələri tövsiyə olunur.
Azərbaycanın xarici ölkələrdəki bütün səfirlik və konsulluqlarının ünvanları Xarici İşlər Nazirliyinin internet səhifəsində (www.mfa.gov.az) yerləşdirilib. Xarici ölkələrdə daimi, müvəqqəti yaşayan və olan Azərbaycan vətəndaşlarına fövqəladə hallar və digər təhlükələr zamanı lazımi kömək göstərilməsi üçün səfirlik və konsulluqlarla əlaqə saxlamaları, konsulluq qeydiyyatına durmaları tövsiyə olunur.
URL / WWW
http://kelam.az/article/a-2810.html