Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Strasburqda Azərbaycanın Avropa Şurasında üzvlüyünün 10 illiyinə həsr olunan tədbir keçirilib
26.01.11 17:32

Strasburqun mərkəzi Konservatoriyasının konsert zalında Azərbaycanın Avropa Şurasında üzvlüyünün 10 illiyinə həsr olunmuş konsert təşkil olunub. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyindən veriblər.Nazirliyin dəstəyi ilə tədbir Azərbaycanın AŞ yanındakı daimi nümayəndəliyi tərəfindən təşkil edilən silsilə tədbirlər çərçivəsində istedadlı cazmen Emil Əfrasiyabın rəhbərliyi altında Azərbaycandan gəlmiş caz qrupunun “İki dünya” adlı caz-muğam konserti kimi keçirilib.
Tədbirdə AŞ-ın rəhbərliyi, qurum yanında akkreditasiya olunmuş diplomatik korpusun nümayəndələri, Strasburq ictimaiyyəti, Strasburqda yaşayan azərbaycanlılar və burada təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər. Tədbirdə həmçinin daimi nümayəndəlik tərəfindən hazırlanan “Azərbaycan Avropa Şurası 10 il” adlı və Azərbaycanın bu təşkilatdakı tarixçəsini əks etdirən bilgi xarakterli qeyd kitabçasının təqdimatı da keçirilib.
Konsertdən öncə Azərbaycanın AŞ yanındakı daimi nümayəndəsi Arif Məmmədov çıxış edib və dəvət olunan qonaqlara və Strasburq ictimaiyyətinə Azərbaycanla Avropa Şurası arasındakı əməkdaşlığı haqda qısaca məlumat verib. Bu gün isə Azərbaycan caz musiqisinin sədaları altında Avropa Şurasının restoranında böyük bir ziyafət təşkil olunacaq. Bu tədbirə də çoxsaylı qonaqlar, o cümlədən AŞ Baş katibi T.Yaqland, AŞPA prezidenti M.Çavuşoğlu və bir çox ölkələrin AŞ yanında Daimi nümayəndələri və AŞPA-dakı nümayəndə heyətlərinin rəhbərlərinin qatılacağı gözlənilir.
URL / WWW
http://kelam.az/article/a-2809.html