Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Allahşükür Paşazadə Rusiya prezidenti Dmitri Medvedevə başsağlığı verib
27.01.11 03:32

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Moskva şəhərinin “Domodedova” beynəlxalq hava limanında baş vermiş və çoxsaylı insan təlafatı ilə nəticələnmiş terror aktı ilə bağlı Rusiya rrezidenti Dmitri Medvedevə başsağlığı verib. QMİ-nin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, A.Paşazadə həmçinin RF-nin Baş naziri Vladimir Putinə və Moskva və bütün Rusiya Patriarxı Kirill həzrətlərinə başsağlığı məkubları ünvanlayıb. Şeyxülislam A.Paşazadə bu məktublarda həlak olanların ailələrinə, yaxınlarına və bütün Rusiya xalqına öz səmimi başsağlığını bildirib, onlara Uca Yaradandan səbr diləyib.
Milli və dini mənsubiyyəti olmayan terrorçuların müqəddəs dəyər olan insan həyatına qəsdini Yaradan qarşısında ən böyük günah kimi dəyərləndirən A.Paşazadə, din xadimi olaraq, dövlətlərin, o cümlədən Rusiyanın terrorizim adlı bəşəri bəlaya qarşı mübarizəsində birgə səylərin, inşallah, səmərə verəcəyinə ümidvar olduğunu vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-2808.html